İlham Əliyev Soçidə konkisürmə oyunlarına baxmışdır

08 fevral 2014, 21:20
İlham Əliyev Soçidə konkisürmə oyunlarına baxmışdır

Rusiya Federasiyasının Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarının ilk günü idmanın bir çox növlərində maraqlı məqamlarla yadda qalmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kişilər arasında 5000 metr məsafəyə sürətli konkisürmə yarışlarına baxmışlar.

1998-ci ildən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan budəfəki olimpiadada idmanın dağ xizəyi və fiqurlu konkisürmə növləri üzrə dörd idmançı ilə təmsil olunur.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55