İlham Əliyev Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşmüşdür

24 yanvar 2014, 21:00
İlham Əliyev Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşmüşdür

Prezident İlham Əliyev Davosda Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşmüşdür.

Loran Fabius Fransa Prezidenti Fransua Ollandın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi bildirildi, qarşılıqlı sərmayələrin əhəmiyyətindən danışıldı. Qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirildi.

Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilən görüşdə mədəniyyət sahəsində yüksək səviyyədə əməkdaşlığın aparıldığı vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Fransua Ollandın salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55