11:10

Zati-aliləri,
Doğum gününüz münasibətilə Sizə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) idarə heyətinin və üzv təşkilatlarının adından ən səmimi arzularımı çatdırmaqdan, ali dövləti vəzifənizdə uğurlar diləməkdən böyük məmnunluq duyuram.
Biz Sizin DƏİKGF-nin İslam Konfransı Təşkilatı tərkibində beynəlxalq qurum kimi formalaşmasına və inkişafına göstərdiyiniz davamlı dəstəyi yüksək qiymətləndiririk. İslam Konfransı Təşkilatı ölkələrinin gəncləri arasında dostluğun möhkəmlənməsinə və inkişafına xidmət edən bu dəstək regionumuzun digər liderlərinə nümunə ola bilər. Sizin Azərbaycan gənclərinin dəstəklənməsinə yönələn və onlara ölkə həyatının müxtəlif sahələrində əsl liderlik imkanı verən siyasətinizi alqışlayır, Zati-alinizin yüksək diqqət və qayğısına layiq olmağa çalışırıq.
Sizə Azərbaycan xalqının rifahı naminə yorulmaz fəaliyyətinizdə daha böyük uğurlar arzulayır, möhkəm cansağlığı diləyirik.
Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Əli Sarıqaya
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı
Gənclər Forumu idarə heyətinin sədri
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57