İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur

09 noyabr 2010, 20:07
İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşlar.

Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi və inkişaf etdirilməsi məqsədi ilə “Heydər Əliyev Mərkəzinin yaradılması haqqında” 2006-cı il 29 dekabr tarixli və “Heydər Əliyev Mərkəzinin yaradılması ilə bağlı əlavə tədbirlər haqqında” 2007-ci il 24 yanvar tarixli sərəncamlar imzalamışdır. Heydər Əliyev Mərkəzi dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi məqsədi ilə yaradılır. Mərkəz ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayacaq beynəlxalq səviyyəli tədbirlərin, müxtəlif konfransların, sərgilərin və görüşlərin keçirilməsinə imkan verəcəkdir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin xatirəsini əbədiləşdirəcək memarlıq abidəsi kimi ucaldılan bu Mərkəz müasir texnologiyalarla təchiz edilmiş salonları özündə birləşdirən çoxfunksiyalı və çoxşaxəli struktura malik olacaqdır. Heydər Əliyev Mərkəzinin memarı beynəlxalq müsabiqə komissiyası tərəfindən birinci yerə layiq görülmüş dünya şöhrətli “Zaha Hadid Architects” şirkətidir. Tikinti işlərini “DİA Holdinq FZCO” şirkəti həyata keçirir.

Layihəyə əsasən, Heydər Əliyev Mərkəzi üç başlıca tərkib hissəni və iki yardımçı strukturu özündə birləşdirəcəkdir. Mərkəzin başlıca tərkib hissəsi nadir əsərlər fonduna və ümumdünya məlumat vasitələrinə onlayn rejimdə giriş imkanlarına malik kitabxana və media mərkəzindən, milli və dünya təsviri sənət incilərini nümayiş etdirən sərgi-salonlardan, ölkəmizin tarixindən, mədəni irsindən bəhs edən multimedia və virtual sərgilərə aid muzey və mədəni irs mərkəzindən, min nəfərə yaxın tamaşaçı tutan konfrans zalından ibarət olacaqdır.

Yardımçı struktura isə mərkəzin iki girişi önündə yerləşən ümumi ictimai sahə - foye, günün bütün saatlarında fəaliyyət göstərəcək 1250-yə yaxın avtomobilin dayanacaq-parkı və infrastruktur obyektləri daxildir.

Dövlət başçısına layihə əsasında görülən tikinti işləri barədə məlumat verildi. Bildirildi ki, layihəyə əsasən Mərkəzin inşa ediləcəyi ümumi ərazi 15,25 hektara bərabərdir. Ümumi ərazinin 2 hektara yaxını əsas binanın və tikililərin yerləşdiyi torpaq sahəsi, 13,25 hektarı isə landşaft ərazisidir. Qeyd olundu ki, Heydər Əliyev Mərkəzi bir məkanda yerləşən və vahid kompleks təşkil edən üç əsas strukturdan ibarət olacaqdır.

Kompleksin ümumi tikinti sahəsi 57 min kvadratmetr təşkil edəcəkdir. Bu struktura 10.854 kvadratmetr sahəsi olan muzey və mədəni irs mərkəzi, 985 nəfərlik konfrans salonu, 27.880 kvadratmetr ərazisi olan çoxməqsədli zal və 12.920 kvadratmetr sahəyə malik kitabxana və media mərkəzi daxil olacaqdır. Bütövlükdə əsas binanın ümumi istifadədəki sahəsi 6.039 kvadratmetr olacaqdır.

Bildirildi ki, kitabxananın daxili ərazisi açıq olacaq, yalnız bir neçə yer arakəsmələr ilə əhatə ediləcəkdir. Burada oxucuların və media mərkəzinin istifadəçilərinin fərdi və ya qrup halında məşğul olmaq imkanları olacaqdır. Buradakı bir sıra otaqların səs izolyasiyası sistemləri ilə təchiz olunacağı nəzərdə tutulur. Ümumi sahəsi 10.854 kvadratmetr olan muzey və mədəni irs mərkəzi isə üç hissədən ibarət olacaqdır. Altı metr hündürlüyündə birinci hissədə XX əsr və müasir Azərbaycan incəsənəti qalereyası yerləşəcəkdir. Müasir milli və dünya incəsənət əsərlərinin nümayiş olunacağı ikinci hissədə müvəqqəti, dəyişkən sərgi qalereyaları fəaliyyət göstərəcəkdir. Üçüncü hissədə isə Azərbaycan, xalqımız, tariximiz, dövlətçiliyimiz və mədəniyyətimiz barədə geniş yayımlanan bilgilər, habelə milli və digər kolleksiyaların nümayişi keçiriləcək qalereyalar yerləşəcəkdir. Bu sərgilərin vahid blok təşkil edərək binanın ikinci mərtəbəsində yerləşəcəyi bildirildi. Ümumi sahəsi 27.880 kvadratmetr təşkil edəcək sütunsuz, geniş və hündür konfrans zalı texniki və logistika baxımından Mərkəzin ən mürəkkəb hissəsidir. Konfrans zalında tədbir iştirakçıları üçün ayrıca giriş, nəqliyyatla təminat, səhnə və səhnəarxası rekvizitlərlə təchizatın asanlıqla reallaşdırılması, xidməti giriş, tikilinin arxa və ön tərəfləri arasında əlaqə, həmçinin əlillər üçün xüsusi giriş nəzərdə tutulur. Tamaşaçı oturacaqlarının sayı 1000-ə yaxın olacaqdır. Zal tamaşaçı və səhnə hissələrini, mətbuat mərkəzini, soyunub-geyinmə və dispetçer bölmələrini özündə birləşdirəcəkdir. Bildirildi ki, avtomobil dayanacağının ümumi sahəsi 39.420 kvadratmetr olacaqdır. Mərkəzin yeraltı avtomobil dayanacaq parkının 4 qatdan ibarət olacağı və üzərində mənzərəli yaşıllıq zolağı, istirahət və əyləncə təyinatlı infrastruktur yaradılacağı və bu ərazinin insanların ümumi istifadəsində olacağı bildirildi.

Heydər Əliyev Mərkəzində tikinti prosesinin gedişi ilə yaxından tanış olan dövlətimizin başçısı inşaat işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Məktublar 04 noyabr 2026
15:53
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansa...

04 noyabr 2026, 15:53
SƏNƏDLƏR Qanunlar 04 noyabr 2026
15:50
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik T...

04 noyabr 2026, 15:50
SƏNƏDLƏR Qanunlar 04 noyabr 2026
15:49
“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 11-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericil...

04 noyabr 2026, 15:49
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2026
15:48
“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                              

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə ...

04 noyabr 2026, 15:48
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2026
15:47
Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin azaldılması, insanların sağlam ətraf mühitdə yaşamaq h...

04 noyabr 2026, 15:47
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2026
15:46
K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin i...

04 noyabr 2026, 15:46