İlham Əliyev Bakının Səbail Rayon İcra Hakimiyyəti binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur

22 noyabr 2013, 19:00
İlham Əliyev Bakının Səbail Rayon İcra Hakimiyyəti binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bakının Səbail Rayon İcra Hakimiyyətinin Üzeyir Hacıbəyli küçəsində yerləşən binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Dövlətimizin başçısının tapşırığı ilə son illər paytaxtın sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər, icra edilən müasir infrastruktur layihələri ilə yanaşı, müxtəlif icra strukturlarında çalışan əməkdaşların iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Müasir memarlıq üslubu ilə seçilən Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı şəkildə yenidən qurulması paytaxtın görkəminə xüsusi yaraşıq verir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Binanın girişində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş fotostendlər quraşdırılmışdır. Bildirilmişdir ki, bina əsaslı şəkildə yenidən qurulmuş, burada çalışan əməkdaşlar üçün ən müasir tələblərə cavab verən şərait yaradılmışdır. Sovet dövründə rayon partiya və icraiyyə komitələrinin fəaliyyət göstərdiyi binada əsaslı təmir və yenidənqurma işləri nəticəsində əlavə mərtəbə inşa olunmuş, fasad yenilənmişdir. Təmir zamanı bina, ilk növbədə dəmir-beton konstruksiyalarla möhkəmləndirilmiş, yenidənqurma işlərində keyfiyyətli yerli inşaat materiallarından da istifadə olunmuşdur. Yüksək tələblərə cavab verən işıqlandırma, havalandırma sistemlərinin quraşdırıldığı bina ən müasir avadanlıqla təchiz olunmuşdur. Binadakı iş otaqlarının hamısı müasir tələblər səviyyəsində qurulmuş və lazımi texniki vasitələrlə təmin edilmişdir. İnzibati binanın kommunikasiya və rabitə xətləri də yeniləri ilə əvəz olunmuşdur. İş otaqlarının, iclas və konfrans zallarının təmirində dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan keyfiyyətli materiallardan istifadə olunmuşdur. Birinci mərtəbədəki 200 yerlik iclas zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılmışdır.

Binaya bitişik 6 mərtəbəli yeni korpusda inşaat işlərinin davam etdirildiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, yeni korpusun 2-ci mərtəbəsində ən müasir tələblərə cavab verən yüksək texniki imkanlara malik konfrans zalı yaradılmışdır. Burada vətəndaşlarla onlayn video qəbulların həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sakinlər binaya gəlmədən rayon icra hakimiyyətinin nümayəndələri və məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Binada rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılmışdır. Sistem rayon təsərrüfatının idarə olunmasında artıq ən yeni texnoloji vasitə kimi tətbiq edilməyə başlanmışdır. Elektron xəritənin köməyi ilə planlaşdırma aparılır və həyata keçirilən işlər haqqında operativ məlumatlar əldə edilir.

Dövlətimizin başçısının tapşırığı ilə rayonun Badamdar qəsəbəsində inşa olunacaq yeni idman zalının layihəsi ilə də tanışlıq olmuşdur. 2400 kvadratmetr ərazisi olacaq bu idman zalında ən müasir şəraitin yaradılacağı bildirilmişdir.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 20 mart 2025
19:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Novruz...

20 mart 2025, 19:18
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:10
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi...

19 mart 2025, 17:10
SƏNƏDLƏR Qanunlar 19 mart 2025
17:08
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının...

19 mart 2025, 17:08
SƏNƏDLƏR Qanunlar 19 mart 2025
17:06
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan...

19 mart 2025, 17:06
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:04
“Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 154 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi...

19 mart 2025, 17:04
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:02
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və...

19 mart 2025, 17:02
SƏNƏDLƏR Sərəncamlar 19 mart 2025
13:09
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni...

19 mart 2025, 13:09
SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02