İlham Əliyev Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun açılışında iştirak etmişdir

08 noyabr 2010, 13:12
İlham Əliyev Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrləri arasındakı hissəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

İnşaatçılar və nəqliyyat işçiləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri və parametrləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, yenidən qurulan 4 zolaqlı yolun ümumi uzunluğu 17 kilometr, onun asfalt hissəsinin eni 15 metr, asfalt örtüyünün qalınlığı 23 santimetr, ayırıcı zolağın eni 5 metr, hər iki tərəfdə yol çiyinlərinin eni ayrılıqda 3,75 metrdir. Tikinti işlərinin sürətlə və keyfiyyətlə aparılması üçün bütün qüvvələr səfərbər edilmişdir. Bu məqsədlə, əraziyə 200-ə yaxın xüsusi texnika, 300-ə yaxın işçi qüvvəsi cəlb olunmuşdur. Yolun yenidən qurulması prosesində təkcə yerli deyil, həm də xaricdən dəvət edilmiş mütəxəssislər çalışmışlar.

Dövlət başçısına məlumat verildi ki, yenidən qurulan və birinci dərəcəli kateqoriyaya aid edilən bu yol üzərində 10 yolötürücü və ümumi uzunluğu 9,5 kilometr olan 5 yol qovşağı inşa edilmişdir. Qovşaqlar əsas avtomagistrallara, yaxınlıqdakı yaşayış məntəqələrinə və körpülərə çıxışları təmin edir. Bu isə avtomobillərin daha rahat və təhlükəsiz hərəkəti baxımından mühüm məsələdir. Piyadaların təhlükəsiz hərəkəti üçün bir ədəd piyada keçidi yaradılmış, tikinti zolağına düşən ərazidə su və kommunikasiya xətləri tamamilə yenilənmişdir. Bu yolun istifadəyə verilməsi ilə avtomobillər, xüsusilə ağır tonnajlı yük maşınları Sumqayıt istehsalat sahəsinə və Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi və əks istiqamətdə sərbəst hərəkət edə biləcəkdir.

Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi.

Sonra dövlət başçısı İlham Əliyev yol inşaatçıları ilə görüşdü, onları təbrik edərək dedi:

- Əvvəlki illərdə belə yol tikən bir dənə də şirkətimiz yox idi. İndi görün neçə şirkət yarandı. Şirkətlərimiz başqa ölkələrdə layihələri icra edirlər. Bax belə dövlət sifarişləri hesabına Azərbaycan şirkətləri böyüyür, güclənir, maliyyə resurslarını toplayır, həm iş yerləri açılır, həm də ki, bu investisiyalar gələcəkdə özü artıq xaricə qoyulur. Əgər Dövlət Proqramı olmasaydı, bu şirkətlər fəaliyyət göstərə bilməzdilər. Hər bir dövlət təkan vermək üçün gərək öz maliyyə resurslarını ortaya qoysun. 

Azərbaycanda yol-nəqliyyat infrastrukturuna son illərdə bir neçə milyard manat vəsait qoyulub. Bu, həm gözəllik yaratdı, həm də nə qədər iş yerləri açıldı, nə qədər şirkətlər yarandı. Onların hamısı böyüdü, gücləndi, Böyük maliyyə imkanlarına malik oldu. Bu şirkətlər investisiyaları Azərbaycana, xaricə qoyurlar. Bu, iqtisadiyyata təkan verir. Ona görə nəqliyyat sektoruna qoyulan vəsait, sadəcə olaraq yol hərəkətini tənzimləmək üçün, yaxud da ki, rahatlıq yaratmaq üçün deyildir. Halbuki bu, birinci növbədədir, eyni zamanda, iqtisadiyyata təkan verir.

Belə işlər çox olacaqdır. Azərbaycanda bu sahədə çox işlər görülüb, yollar abadlaşıb. Amma gələcəkdə kənd yollarında, şəhərlərarası yollarda, magistral yollarda, yol qovşaqlarında görüləsi işlər çoxdur. İndi Bakı dairəvi yolunu açdıq. Sumqayıt dairəvi yolunu açdıq. Baxmayaraq ki, indi Bakını Sumqayıtla birləşdirən yol da çox gözəldir, biz onu genişləndirdik, abadlaşdırdıq. İndi yolkənarı bütün infrastruktur gözəlləşir, ağaclar əkilir. Buradan şimal istiqamətinə gedən beton yol da dünya səviyyəli yoldur. Ancaq buna baxmayaraq, Sumqayıt dairəvi yolu da tikildi. Bu, zonanın inkişafına böyük təkan verəcək, həm də daha rahat gediş-gəlişə şərait yaradacaqdır.

Ona görə sizə bir daha təşəkkürümü bildirirəm, yaxşı işləmisiniz. Sizi təbrik edirəm və yeni uğurlar arzulayıram.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11