İlham Əliyev Bakı dairəvi avtomobil yolunun açılışında iştirak etmişdir

08 noyabr 2010, 12:22
İlham Əliyev Bakı dairəvi avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Bakı dairəvi avtomobil yolunun açılışında iştirak etmişdir.

İnşaatçılar və nəqliyyat işçiləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev Bakı dairəvi avtomobil yolunun tikinti layihəsi və ümumi yerləşmə planı ilə tanış oldu.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verərək bildirdi ki, paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi baxımından bu yolun xüsusi əhəmiyyəti vardır. Birinci dərəcəli olan əsas yolun uzunluğu 21,5 kilometrdir. İki istiqamətli yerli yolun uzunluğu isə 4,8 kilometrdir. Bu yol nəqliyyat vasitələrinin əsas magistrala girmədən digər istiqamətlərə hərəkətinə kömək edəcəkdir. Burada, həmçinin əhalinin rahatlığı nəzərə alınaraq səsboğucu baryerlər quraşdırılmışdır. 27 yanaşma yolunun ümumi uzunluğu 11,7 kilometr, əsas yolun hərəkət hissəsinin eni 22,5 metrdir. Dairəvi yol hər iki istiqamətdə 3 hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarının hər birinin eni 3,75 metrdir. Yol boyu iki elektron istiqamətverici lövhə də quraşdırılmışdır. Ümumilikdə, yolda 5 qovşaq, 8 ötürücü, 3 piyada keçidi vardır. Suötürücü boruların ümumi uzunluğu 2 min 300 metrdir.

Bu layihənin reallaşdırılması şimal–cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirəcək, Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verəcəkdir. Bu yol gələcəkdə sayı sürətlə artacaq nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcəkdir.

Prezident İlham ƏLİYEV inşaatçılarla görüşdü, onları təbrik edərək dedi:

- Sizi bu gözəl yolun açılışı ilə əlaqədar təbrik edirəm. Bu yolun Bakının nəqliyyat sistemində xüsusi yeri vardır. Çünki bu yol şəhərin tıxaclardan azad olunmasında xüsusi məna daşıyacaqdır. Əvvəlki dövrlərdə cənub-qərb istiqamətlərindən şimal istiqamətinə və əks tərəfə getmək üçün gərək Bakı ərazisindən keçəydin. Həm məsafə çox böyük idi, həm də ki, tıxaclar vaxt aparırdı. Dairəvi yolun tikintisi bu məsələnin həlli üçün əsas məsələdir. Böyük zövqlə çox gözəl, rahat, keyfiyyətli, altı zolaqlı, bir neçə qovşağı olan yol tikilibdir.

Əminəm ki, bu yol şəhər nəqliyyatı üçün çox böyük əhəmiyyət daşıyacaqdır. İndi şəhərdə müxtəlif yerlərdə yeni yollar tikilir. Əvvəlki dövrdə tikilmiş yollar genişləndirilir, bərpa olunur, yüksək səviyyədə təmir edilir. Bununla bərabər, yeni yolların açılması şəhər nəqliyyatı üçün çox vacibdir. Bax bu yol, demək olar ki, şəhərin ən böyük damarıdır. Əvvəlki dövrdə yollar olmayan başqa yerlərdə də yeni yollar çəkilibdir. Amma bu yolun xüsusi əhəmiyyəti vardır. Ona görə bu yola xüsusi diqqət həmişə olmuşdur. Bu yolun layihələndirilməsi işində böyük işlər görülmüşdür.

Bu yol, eyni zamanda, beynəlxalq əməkdaşlığın nəticəsidir. Küveyt Fondu, Abu Dabi Fondu tərəfindən maliyyələşdirilmiş layihədir, Azərbaycan hökumətinin də payı vardır. Əgər beynəlxalq maliyyə qurumları ilə yaxşı münasibətlərimiz və Azərbaycanın uğurlu inkişafına inam olmasaydı, yəqin ki, o kredit resurslarını əldə etmək üçün çətinliklərlə üzləşə bilərdik. Bu gün Azərbaycanın uzunmüddətli, sürətli inkişafına beynəlxalq maliyyə qurumları tərəfindən böyük inam vardır. Bu da əsaslandırılmış inamdır. Ona görə biz istənilən maliyyə resurslarını ölkəmizə, o cümlədən bax, bu gözəl infrastruktur layihələrinin həyata keçirilməsi üçün cəlb edə bilərik və bunu edirik.

Bu yolun inşasında iştirak etmiş bütün vətəndaşlara, bütün insanlara, inşaatçılara minnətdarlığımı bildirmək istəyirəm. Onlar çox gözəl iş görüblər. Bu gözəl hadisə münasibətilə sizin hamınızı, Bakı sakinlərini və bütün rayonların sakinlərini ürəkdən təbrik edirəm. Çünki bu yol şimalı cənubla, qərblə birləşdirəcəkdir.

X X X

Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi.

Dövlət başçısına məlumat verildi ki, layihə üç hissədən ibarətdir. Birinci və ikinci hissələrdə tikinti işləri tamamlanmışdır və istismara hazırdır. Üçüncü hissənin ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Bu da Lökbatan dairəsindən Ələt-Astara yolunun 22-ci kilometrinə qədər olan hissəsini əhatə edəcəkdir.

Prezident İlham Əliyevə ərazidə görülmüş işlər barədə də ətraflı məlumat verildi.

Dövlət başçısı Bakı dairəvi avtomobil yolunun sürüşmə ərazisində görülən işlərlə də tanış oldu. Bildirildi ki, baş verə biləcək sürüşmənin qarşısını almaq üçün burada əsaslı işlər görülmüşdür. Belə ki, yolun inşası zamanı yamaclarda aşkar edilmiş çatların və sürüşmənin qarşısının alınması məqsədi ilə 19 min 300 kvadratmetrlik torpaq istinad divarları, həmçinin beton divarlar tikilmişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, yol boyu tikilmiş nəqliyyat qovşaqlarının hər birinin xüsusi əhəmiyyəti vardır. Birinci qovşaqla tanışlıq zamanı bildirildi ki, bu qovşaq Bakı dairəvi avtomobil yolunu Bakı-Rusiya Federasiyası avtomagistralı ilə əlaqələndirərək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə hərəkət edən tranzit yük maşınlarını şəhərə girmədən cənuba və qərbə istiqamətləndirəcəkdir. Bundan əlavə, bu qovşaq Sumqayıt şəhəri, Biləcəri qəsəbəsi və Abşeron rayonunun digər yaşayış məntəqələrindən avtonəqliyyat vasitələrinin cənub istiqamətinə rahat çıxışını təmin edəcəkdir. Qovşaqda iki yolötürücü də inşa edilmişdir.

İkinci qovşaq Bakı şəhərinin “Qurd Qapısı” ərazisində avtonəqliyyat vasitələrinin hərəkətini şəhərlə əlaqələndirmək məqsədi daşıyır. Qovşaqda inşa edilən 2 yolötürücü nəqliyyatın bütün istiqamətlərdə hərəkətini təmin edəcəkdir. Eyni zamanda, şimal və cənub istiqamətlərində hərəkət edən nəqliyyat vasitələri üçün Bakı şəhərinə əlavə giriş-çıxış yaranmışdır.

Üçüncü qovşaq Bakı dairəvi avtomobil yolunu Lökbatan-Xocasən avtomobil yolu ilə, dəmir yolunun Heybət stansiyası, sənaye və ticarət obyektləri ilə əlaqələndirəcəkdir.

Dördüncü qovşaq Bakı-Astara avtomobil yolu ilə mövcud Lökbatan dairəsini birləşdirir. Bu qovşaqda inşa edilən 4 aşırımlı yolötürücünün altında yerləşdirilmiş nəqliyyat dairəsi nəqliyyat vasitələrinin bütün istiqamətlərdə hərəkətinə imkan verir.

Beşinci qovşaq isə nəqliyyat vasitələrinin Bakı dairəvi avtomobil yolunun altından tunel vasitəsilə “Sədərək”, “Binə” və digər ticarət mərkəzlərinə giriş-çıxışı təmin edir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42