Albaniya Respublikasının Prezidenti Buyar Nişanidən

13 noyabr 2013, 14:35

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Albaniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, ali dövləti vəzifənizdə uğurlar
diləyirəm.

Zati-aliləri, icazə verin Albaniya ilə Azərbaycan arasında, xüsusilə qarşılıqlı geostrateji əhəmiyyət daşıyan TAP layihəsinin həyata keçirilməsində mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyimizi bir daha vurğulayım.

Ümidvaram ki, Prezidentliyinizin növbəti dövründə ölkələrimiz arasındakı əməkdaşlıq dövlətlərimizin qarşılıqlı maraqlarına uyğun olaraq yeni sahələrdə daha da inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyirəm, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Buyar Nişani
Albaniya Respublikasının Prezidenti

SƏNƏDLƏR Fərmanlar 10 iyun 2026
19:42
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

10 iyun 2026, 19:42