Azərbaycan Respublikasının Qızılağac Milli Parkı haqqında ƏSASNAMƏ

22 fevral 2019, 21:01

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 22 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Qızılağac Milli Parkı (bundan sonra – Milli Park) xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 512 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazilərində yaradılmışdır.

1.2. Milli Park xüsusi ekoloji, tarixi, estetik, bioloji əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, ətraf mühiti mühafizə, maarifçilik, elmi, mədəni, ekoturizm məqsədləri üçün istifadə edilən təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusu olan ərazidir.

1.3. Milli Park öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) normativ hüquqi aktlarını və digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və həmin ərazidəki torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir.

1.5. Milli Parkda onun məqsədli təyinatına, təbiət komplekslərinin və obyektlərinin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri Milli Parkla hüquqi və fiziki şəxslər arasında bağlanılmış və ekoloji ekspertizadan keçirilmiş müqavilələr əsasında həyata keçirilir.

1.6. Milli Parkın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə onun sanitariya-mühafizə zonası müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonasının müəyyən edilməsi və zonanın mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

1.7. Milli Park Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, ətraf mühitin mühafizəsi fondlarının vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan qrantlar və ianələr hesabına maliyyələşdirilir.

1.8. Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin xüsusi fondunun və vəsaitlərinin yaradılması və istifadəsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

1.9. Milli Parkın pasportunu Nazirlik hazırlayır. Pasportda Milli Parkın adı, yerləşdiyi yer, yaradılma tarixi, əhəmiyyəti, torpaqdan daimi istifadə hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın seriyası və nömrəsi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, ərazisində müəyyən edilən fəaliyyət zonaları, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. Pasport Nazirlikdə dövlət qeydiyyatına alınmaqla Milli Parkda saxlanılır.

1.10. Milli Parkda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişaf şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.

1.11. Milli Parkın müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin və Milli Parkın adı həkk olunmuş möhürü, blankları və ştampları, xəzinə hesabları, bayrağı və emblemi vardır.

2. Milli Parkın yaradılmasının məqsədləri

2.0. Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:

2.0.1. təbiət komplekslərini, genetik fondu, bioloji müxtəlifliyi, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;

2.0.2. turizm və rekreasiya üçün şərait yaratmaq;

2.0.3. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;

2.0.4. əhalini ekoloji cəhətdən maarifləndirmək;

2.0.5. ekoloji monitorinqi həyata keçirmək;

2.0.6. zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.

3. Milli Parkın xüsusi mühafizə rejiminin xüsusiyyətləri

3.1. Milli Parkın ərazisi və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.

3.2. Milli Parkın fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.

3.3. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və ekoloji xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:

3.3.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

3.3.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;

3.3.3. turizm və rekreasiya zonaları;

3.3.4. turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalar;

3.3.5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.

3.4. Milli Park ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonalarına bölgüsünü Nazirliyin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

3.5. Milli Parkın turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və s.) yol verilir.

3.6. Milli Parkda elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilir.

3.7. Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir:

3.7.1. təbiət komplekslərinə, genetik fonda, bioloji müxtəlifliyə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;

3.7.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

3.7.3. hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;

3.7.4. kimya sənayesi, metallurgiya, nüvə energetikası və xüsusi ekoloji təhlükə yaradan digər müəssisələrin fəaliyyəti;

3.7.5. Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların tikintisi, Milli Parkın fəaliyyəti ilə bağlı olmayan boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların çəkilməsi;

3.7.6. müəyyən olunmuş yerlərdən kənarda tonqal yandırılması, turizm və rekreasiya zonaları istisna olmaqla, dayanacaqların təşkili və çadır qurulması;

3.7.7. bu məqsədlər üçün müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;

3.7.8. meşələrdə əsas istifadə qırıntısı;

3.7.9. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası.

3.8. Milli Parkın ərazisində onun ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növlərini də Milli Park məhdudlaşdırır və ya qadağan edir.

3.9. Milli Parkın mühafizəsini Nazirliyin vəzifəli şəxslərindən ibarət mühafizə xidməti həyata keçirir. Bu işə Milli Parkın direktoru və direktorun mühafizə işləri üzrə müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər.

3.10. Milli Parkın mühafizəsini həyata keçirən Nazirliyin vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən üzərində fərqləndirici nişan olan xüsusi forma geyinirlər. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin şəxslərə xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

3.11. Milli Parkın mühafizə xidmətinin aşağıdakı hüquqları vardır:

3.11.1. Milli Parkın ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrinə və gəmilərə baxış keçirmək, sübut əhəmiyyəti olan əşyaları və sənədləri götürmək, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin aşkar edilməsi məqsədilə şəxsi axtarış həyata keçirmək və əşyaları (o cümlədən ov və balıq ovu alətlərini, əldə olunmuş ov məhsullarını) yoxlamaq;

3.11.2. fiziki və hüquqi şəxslərin Milli Parkın ərazisində və onun mühafizə zonasında “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq;

3.11.3. Milli Parkın ərazisindən istifadə qaydalarının, həmin ərazinin mühafizə rejiminin pozulmasına görə inzibati xəta haqqında protokol tərtib etmək;

3.11.4. Milli Parkın ərazisində və onun mühafizə zonasında mühafizə və istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq məqsədilə icrası məcburi olan göstərişlər vermək.

3.12. Milli Parkın rejiminin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

3.13. Milli Parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir.

4. Milli Parkın elmi tədqiqat fəaliyyəti

4.1. Milli Parkın elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədilə istifadə şəraitində ekoloji vəziyyətin proqnozlaşdırılmasına və qiymətləndirilməsinə, səciyyəvi və nadir təbiət komplekslərinin, o cümlədən bioloji müxtəlifliyin elmi cəhətdən əsaslandırılmış üsullarla qorunmasına yönəldilir.

4.2. Milli Parkda elmi tədqiqat fəaliyyətini Milli Parkın elm şöbəsinin işçiləri həyata keçirirlər.

4.3. Milli Parkda elmi tədqiqatlara kənar elmi müəssisə və təşkilatların, habelə mütəxəssislərin cəlb edilməsinə yol verilir.

4.4. Milli Parkda elmi tədqiqat, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkili məqsədilə Şura yaradıla bilər. Şuranın fəaliyyətinə Milli Parkın direktoru rəhbərlik edir. Şuranın tərkibini və Əsasnaməsini Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təsdiq edir.

4.5. Milli Parkın elmi və herbari fondları yaradılır və daimi saxlanılır.

4.6. Milli Parkın elmi əsərlər çap etdirmək hüququ vardır.

4.7. Milli Parkda aparılan elmi tədqiqat işlərində əldə edilmiş nəticələrdən aşağıdakı məqsədlər üçün istifadə olunur:

4.7.1. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, artırılmasının və onlardan səmərəli istifadənin elmi əsaslarını işləyib hazırlamaq və Milli Parkın ərazisində yayılmış vəhşi heyvanların sayının optimal normadan artığının müvafiq ərazidə yayılmış və nəsli kəsilmiş heyvan növlərinin əvvəlki yerlərinə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq köçürülməsini həyata keçirmək;

4.7.2. Milli Parkın ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;

4.7.3. Milli Parka bitişik ərazilərdə təbii ehtiyatlardan təsərrüfat məqsədləri üçün istifadənin səmərəliliyini müəyyənləşdirmək və nəticələrini aşkara çıxarmaq;

4.7.4. ziyanverici heyvanlara və alaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə, bioloji metodların layihələrini işləyib hazırlamaq;

4.7.5. su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında dəyişikliklərin proqnozlaşdırılması məqsədilə həmin dəyişikliklərin səbəbini öyrənmək;

4.7.6. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;

4.7.7. Milli Parkın hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları hazırlamaq.

4.8. Elmi tədqiqatların aparılması metodları Milli Parkın rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticələri hazırlanmış elmi təkliflər çərçivəsində tətbiq edilir.

4.9. Milli Park elmi tədqiqat işlərini, həyata keçirəcəyi elmi-texniki və digər elmi tədbirləri hər təqvim ili üçün Nazirliyin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə aparır. Milli Parkla bu sahədə əməkdaşlıq, Nazirliyin təsdiq etdiyi müqavilələr əsasında, müvafiq profilli elmi müəssisə və təşkilatlar, habelə ali təhsil müəssisələri ilə birgə həyata keçirilir.

5. Milli Parkın təsərrüfat fəaliyyəti

5.1. Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin mühafizəsindən, onlara xidmət və onların bərpası üzrə tədbirlərin həyata keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir.

5.2. Milli Parkın turizm və rekreasiya, turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalarının ərazisində yerləşən binalar və qurğular fiziki və hüquqi şəxslərə icarəyə və ya istifadəyə turizmin, o cümlədən təbiətdə istirahətin inkişafı məqsədilə verilir.

5.3. Milli Parkın turizm və rekreasiya, turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalarının ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların və digər iaşə obyektlərinin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədilə digər şəraitin yaradılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Milli Parkla fiziki və hüquqi şəxslər arasında bağlanılmış və ekoloji ekspertizadan keçirilmiş müqavilələr əsasında həyata keçirilir.

6. Milli Parkın mühafizəsinə, qorunmasına və istifadəsinə dövlət nəzarəti

Milli Parkın vəziyyətinə, onun mühafizəsi, qorunması və bərpası ilə bağlı tədbirlərin icrasına dövlət nəzarətini Nazirlik həyata keçirir.

7. Milli Parkın fəaliyyətinin təşkili

7.1. Milli Parkın strukturunu, ştat cədvəlini və xərclər smetasını Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təsdiq edir.

7.2. Milli Parka onun direktoru rəhbərlik edir. Milli Parkın direktoru və direktorun müavinləri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

7.3. Milli Parkın direktoru aşağıdakı səlahiyyətləri yerinə yetirir:

7.3.1. Milli Parka ümumi rəhbərliyi və nəzarəti həyata keçirir;

7.3.2. təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin hazırlanmasını və yerinə yetirilməsini təmin edir;

7.3.3. Milli Parkda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında struktur bölmələrinin hesabatlarını dinləyir;

7.3.4. Milli Parkın ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, kadrların əlavə təhsili istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görür;

7.3.5. Milli Parkın mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatları, statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir;

7.3.6. Milli Parkın maddi-texniki təminatını təşkil edir;

7.3.7. Milli Parkı təmsil edir.

7.4. Direktor Milli Parkın fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

7.5. Milli Parkın işçiləri Milli Parkın rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə xidmətinin işçilərinə kömək edirlər.

7.6. Milli Parkın təbiət ərazilərindən və obyektlərindən ödənişli istifadə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tətbiq edilir.

7.7. Əhalinin və qeyri-hökumət təşkilatlarının Milli Parkın mühafizəsi ilə bağlı təqdim etdiyi təkliflərin məqsədəuyğun olub-olmadığına Milli Parkda baxılır.

SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10