İlham Əliyev Lerikdə “Şəhidlər” abidə kompleksini ziyarət etmişdir

25 iyun 2010, 13:40
İlham Əliyev Lerikdə “Şəhidlər” abidə kompleksini ziyarət etmişdir

Prezident İlham Əliyev Lerikə səfəri çərçivəsində “Şəhidlər” abidə kompleksini ziyarət etmişdir.

Dövlət başçısı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldımış “Əbədi məşəl”in önünə gül dəstəsi qoydu.

Abidə kompleksi ilə tanışlıq zamanı bildirildi ki, respublikanın hər yerində olduğu kimi, Lerikdə də Qarabağ və Böyük Vətən müharibələrində həlak olanların xatirəsi daim əziz tutulur. 2008-ci ildə yaradılan “Şəhidlər” abidə kompleksi bu ehtiramın nümunəsidir. Qarabağ müharibəsində Lerik rayonu 130-dan çox şəhid vermişdir. Onların 5-i şücaətlərinə görə Milli qəhrəman adına layiq görülmüşlər. Lerikli şəhidlərin adları mərmər lövhənin üzərində həkk olunmuşdur. Hazırda rayonda 80 nəfər Qarabağ müharibəsi əlili vardır. Şəhid ailələrinə və əlillərə daim dövlət qayğısı göstərilir.

Lerik rayonunun sakinləri Böyük Vətən müharibəsində də qəhrəmanlıq nümayiş etdirmişlər. Faşizmlə mübarizədə 6500 lerikli iştirak etmiş, onlardan 1584-ü qəhrəmanlıqla həlak olmuşdur. Hazırda rayonda Böyük Vətən müharibəsinin 34 iştirakçısı yaşayır.

Prezident İlham Əliyev buradan Lerikin ümumi mənzərəsini seyr etdi.

SƏNƏDLƏR Fərmanlar 09 may 2025
10:56
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...

09 may 2025, 10:56