İlham Əliyev “Palfood” MMC-nin dondurma fabrikinin açılışında iştirak etmişdir

25 iyun 2010, 13:36
İlham Əliyev “Palfood” MMC-nin dondurma fabrikinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində “Palmali Holdinq” şirkətlər qrupuna daxil olan “Palfood” MMC-nin dondurma fabrikinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu.

Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basdı.

Məlumat verildi ki, hazır məhsul mənfi 30 dərəcədə olan soyuducu anbara göndərilir. 720 kvadratmetr sahədə tikilən soyuducu anbarda 250 ton qablaşdırılmış dondurma saxlanılır. Dondurma sexinin investisiya dəyəri 15 milyon manatdır. Ən son texnologiya ilə qurulan zavoda avadanlıq Danimarkadan gətirilmişdir. Dondurmanın qabları isə Türkiyə istehsalıdır. Hazırda Azərbaycan bazarı ilə yanaşı, “Paldad” dondurmalarının Türkiyə, Gürcüstan, Özbəkistan və digər dövlətlərə ixracı istiqamətində danışıqlar aparılır.

Prezident İlham Əliyev müəssisənin məhsullarının nümunələrinə və dadına baxdı, kollektivi təbrik etdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:27
Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...

08 may 2025, 16:27
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:21
Azərbaycan Respublikasının mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

08 may 2025, 16:21