21:41

Prezident İlham Əliyev Lənkəran rayonuna səfəri çərçivəsində Liman şəhəri ərazində əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Regional Boks Təlim Mərkəzinin açılışında iştirak etmişdir.
Ümumi sahəsi 3 hektar olan mərkəzdə yaradılmış şəraitlə yaxından tanışlıq zamanı məlumat verildi ki, 1986-cı ildə istifadəyə verilmiş Sağlamlıq Kompleksində idmanın 6 növü - boks, ağır atletika, karate, cüdo, güləş və sambo tədris olunmuşdur. Ötən müddətdə burada beynəlxalq arenalarda yüksək nəticələr əldə edən idmançılar nəsli yetişmişdir. Lakin son illər istifadəyə yararsız hala düşən idman kompleksi 2008-ci ildən başlayaraq yenidən bərpa olunmuşdur. Burada idmançıların fiziki, taktiki və texniki hazırlıqları üçün hər cür şərait yaradılmış, lazımi avadanlıq quraşdırılmışdır. Eyni vaxtda 60 idmançının məşq edə biləcəyi mərkəzdə 2 boks rinqi, məşqçi müəllimlər, soyunub-geyinmə otaqları, duşxana, trenajor zalı vardır.
Qeyd olundu ki, uşaq, gənc və yeniyetmələrlə yanaşı, boks üzrə yığma komandamız da burada təlim-məşq toplanışı keçirəcəkdir. Eyni zamanda, bu mərkəzin xidmətindən cənub bölgəsindəki rayonların idmançıları da yararlana biləcəklər. Bu ilin aprelində Beynəlxalq Boks Assosiasiyasının üzvləri mərkəzlə tanış olmuş, burda yaradılan şəraiti yüksək qiymətləndirmişlər.
Kompleksdə ümummilli lider Heydər Əliyevin idmana qayğısını əks etdirən guşə yaradılmışdır.
Mərkəzin ərazisində basketbol, qaçış və mini futbol meydançaları da vardır. Ətrafda 100 kvadratmetr ərazidə yaşıllıq salınmış, dekorativ ağac və kollar əkilmişdir.
Prezident İlham Əliyev boks rinqlərində, basketbol və futbol meydançalarında gənc idmançıların məşq prosesini izlədi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının...
07 may 2025, 15:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...
07 may 2025, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...
07 may 2025, 15:39Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.
-2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan...
06 may 2025, 18:40Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...
06 may 2025, 16:06