22:30
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30
Prezident İlham Əliyev Lənkəranın Sütəmurdov kəndində çay fabrikinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev əvvəlcə fabrikin maketi ilə tanış oldu. Məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı üzrə hazırlanan tədbirlərə əsasən inşa edilmiş fabrikdə tikinti işləri bir ilə başa çatdırılmışdır. Ümumi sahəsi 1 hektar, tikinti sahəsi isə 2 min kvadratmet olan fabrik inzibati bina və istehsalat sexindən ibarətdir. Üç korpusdan ibarət istehsal sexində ilkin emal, çeşidləyici və bükücü sexlər fəaliyyət göstərir. Burada xam malın qəbulu, təmizlənməsi, qurudulması, çeşidlənməsi və nəhayət qablaşdırılması prosesi aparılır. Məhsulun keyfiyyətli və rəqabətədavamlı olmasından ötrü xaricdən ən yeni avadanlıq gətirilmişdir. Fabrik saatda 2,5 ton yaşıl çay yarpağı qəbul etmək gücünə malikdir. Bu, ildə 100 ton yaşıl çay yarpağının emalı deməkdir. Müəssisədə 60 nəfər daimi işlər təmin olunacaqdır. Fabrikin tikintisi ilə yanaşı, yeni çay plantasiyalarının salınması da mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni sıxdı, qurutma, təmizləmə və qablaşdırma sahələrində istehsal prosesini izlədi, fabrikdə hazırlanan məhsulların nümunələrinə baxdı.
Qeyd olundu ki, burada gündə 250-300 kiloqram yaşıl çay yarpağı emal etmək mümkün olacaqdır. İlkin mərhələdə çay iki adda – “İmperial” və “Lənkəran” adı ilə bazara çıxarılacaqdır.
Prezident İlham Əliyev kollektivi təbrik etdi, tapşırıq və tövsiyələrini verdi.
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...
08 may 2025, 16:272025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.
Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin...
08 may 2025, 16:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...
08 may 2025, 16:23Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
08 may 2025, 16:21Hörmətli Zirvə Toplantısının iştirakçıları,
Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə...
08 may 2025, 15:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə...
08 may 2025, 13:02Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan...
07 may 2025, 18:28