İlham Əliyev Lənkəranda yeni konserv zavodunun açılışında iştirak etmişdir

25 iyun 2010, 13:33
İlham Əliyev Lənkəranda yeni konserv zavodunun açılışında iştirak etmişdir

Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində Sütəmurdov kəndində konserv zavodunun açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu.

Məlumat verildi ki, son illərdə Lənkəranda da yeni müəssisələrin istifadəyə verilməsi davamlı xarakter almışdır. Bu müəssisələrin istehsal etdiyi məhsulların rəqabətədavamlı və keyfiyyətli olması isə, ilk növbədə, ölkəmizin ixrac potensialının gücləndirilməsinə xidmət edir.

Zavodun ümumi sahəsi 10 hektar, tikinti sahəsi 1 hektardır. 2008-ci ilin mayında başlanılmış inşaat işləri bu ilin martında başa çatdırılmışdır. Müəssisə üç əsas binadan - inzibati korpus, istehsalat və soyuducu anbar sexlərindən ibarətdir. Zavod saatda 30 ton məhsul qəbul etmək gücünə malikdir. Müəssisədə şüşə qablar xətti, bütün növ cem və bal qablaşdırmaq üçün doldurucu xətt, turşu və meyvə şirəsi xətti vardır. İtaliyanın məşhur “Podovan” şirkətinin istehsalı olan müasir avadanlığın quraşdırıldığı zavodun ərazisində tutumu 2 min ton olan 9 kameralı soyuducu anbar da inşa edilmişdir.

Müəssisə tam gücü ilə işləyəndə burada 350 nəfər çalışacaqdır.

Prezident İlham Əliyev zavodun işə düşməsini bildirən düyməni sıxdı, istehsal sahələrində prosesi izlədi.

Soyuducu anbarı da gəzən Prezident İlham Əliyev burada qablaşdırma prosesini izlədi.

Dövlət başçısı müəssisənin kollektivini təbrik etdi, onlara uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:27
Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...

08 may 2025, 16:27
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:21
Azərbaycan Respublikasının mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

08 may 2025, 16:21