Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

27 aprel 2018, 13:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm.

Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.

Səmimiyyətlə,

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti