İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşmüşdür

07 iyun 2010, 15:10
İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşmüşdür

İstanbulda Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafında məmnunluq ifadə olundu, yüksək səviyyəli görüşlərin əhəmiyyəti qeyd edildi.

Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın və bu əməkdaşlığın regional əhəmiyyəti vurğulandı. Qeyd edildi ki, təbii qazla bağlı imzalanacaq sənədlər Azərbaycan ilə Türkiyə arasında energetika sahəsində uğurlu əməkdaşlıqda yeni bir mərhələ olacaqdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıldı, ikitrəfli, regional və beynəlxalq məsələlər müzakirə olundu.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 05 oktyabr 2024
13:19
2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”...

05 oktyabr 2024, 13:19