“Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

27 noyabr 2013, 22:30

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 679; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 141; 2007, № 11, maddə 1076) ilə təsdiq edilmiş “Şöhrət” ordeninin təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qızılı rəngli lentin yuxarısında 9 mm diametrdə olan səkkizguşəli qızılı rəngli ulduz yerləşir.”.
2. Üçüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin.
3. Dördüncü hissədə “27 mm x 47,5 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir.”.
4. Beşinci hissədə “üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm” sözləri “eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07