MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən

01 aprel 2025, 18:22

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

MDB Parlamentlərarası Assambleya Şurasının – Müstəqil Dövlətlər Birliyi iştirakçılarının adından Novruz bayramı münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu qədim bayram yeni həyatın rəmzidir, Birlik ölkələrinin bir çoxunun mədəni irsinin ayrılmaz hissəsidir.

MDB məkanında yaşayan xalqlar xeyirxahlıq, dostluq və qonaqpərvərlik ideyalarının təcəssümü olan Novruz ənənələrini qoruyub saxlayır və əziz tuturlar.

Möhtərəm İlham Heydər oğlu, bu gözəl bayram münasibətilə Sizə və dost Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq, sülh və uğurlar arzulayıram.

Hörmətlə,

 

Dmitri Kobitski

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55