Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

01 aprel 2025, 20:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Sizi və bütün həmvətənlərinizi möhtəşəm Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimizi çoxəsrlik dostluq, qardaşlıq və qarşılıqlı hörmət ənənələri ilə birləşdirən bu əlamətdar bayram təbiətin yenilənməsini simvolizə edir. Qoy bu bayram xalqlarımıza bol sevinc və səadət gətirsin!

Əminəm ki, Novruz bayramının müqəddəs dəyərləri xalqlarımızın rifahına, yüksək məqsəd və istəklərə nail olmağa yönəlmiş dövlətlərarası münasibətlərimizin daha da inkişafına töhfə verəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu gözəl bayram münasibətilə Sizə möhkəm cansağlığı və tükənməz qüvvət, ailənizə firavanlıq, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və rifah arzu edirəm.

Dərin hörmətlə,

 

Kasım-Jomart Tokayev

Qazaxıstan Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55