Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi Əsasnaməsi”ndən çıxarış

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363
nömrəli Fərmanı ilə təsdiq edilmiş Mərkəzi icra hakimiyyəti
orqanlarının nümunəvi əsasnaməsindən
ÇIXARIŞ

III. ORQANIN VƏZİFƏLƏRİ

8. Orqan həmin Orqan haqqında Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.7. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
8.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;