Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərovadan

08 noyabr 2013, 14:10

Möhtərəm cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Finlandiyada yaşayan Azərbaycan diasporunun bütün nümayəndələri adından təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Son on ildə Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sürətli inkişaf yolu keçərək bölgənin lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə söz və nüfuz sahibi olmuşdur. Xarici ölkələrdə yaşayan biz azərbaycanlılar bu uğurlardan qürur duyur, Vətənimizin inkişafı naminə gördüyünüz işlərlə fəxr edirik.

Cənab Prezident, Vətənimizin dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, Avropanın enerji təhlükəsizliyində liderliyi Azərbaycan diasporunun mövqeyini möhkəmləndirir, bizi daha fəal olmağa ruhlandırır.

Fürsətdən istifadə edərək, Sizə bir daha ən xoş arzularımı çatdırır, prezidentliyinizin növbəti dönəmində də böyük uğurlar diləyirəm.

Dərin hörmət və ehtiramla,

Təranə Nəzərova
Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55