Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədovadan

08 noyabr 2013, 13:25

Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı adından təbrik edir, Sizə Azərbaycanın xoşbəxt gələcəyi naminə möhtəşəm fəaliyyətinizdə uğurlar diləyir, möhkəm cansağlığı arzu edirik.

Əminik ki, ulu öndər Heydər Əliyevin memarı olduğu və yaratdığı müasir müstəqil Azərbaycan Respublikası Sizin müdrik siyasətiniz sayəsində regionda liderliyini daim qoruyub saxlayacaqdır.

Sizin dünyanın harasında olursa-olsun, bütün azərbaycanlılara, xüsusən də gənclərə qayğınızı həm idmanda, həm siyasətdə, həm də iqtisadiyyatda görür və bundan qürur hissi duyuruq. İnanırıq ki, gündən-günə gözəlləşən, böyüyən, inkişaf edən Azərbaycan Respublikası Sizin sayənizdə nəinki regionda, eləcə də dünyada aparıcı dövlətlərdən birinə çevriləcəkdir.

Dərin hörmətlə,

Leyla Məmmədova

Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55