Rusiya Federasiyasının Volqoqrad vilayəti udi icmasının sədri Riçard Danakaridən

08 noyabr 2013, 14:25

Hörmətli cənab Prezident,

Rusiya Federasiyasının Volqoqrad vilayəti udi icmasının nümayəndələri Sizi yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edir.

Əminik ki, Siz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, ölkədə millətlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə yönəlmiş fəaliyyət kursunuzu davam etdirəcəksiniz.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq.

Hörmətlə,

Riçard Danakari

Rusiya Federasiyasının Volqoqrad vilayəti udi icmasının sədri,
Fəlsəfə elmləri doktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55