İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyevdən

08 noyabr 2013, 13:45

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Xalqımız bu seçimi ilə Sizin dövlətçiliyin və ölkəmizin demokratik dəyişikliklərə, beynəlxalq aləmdə vətənimizin mövqelərinin və nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinizə olan etibarını bildirdi. Əminəm ki, Azərbaycan xalqının seçkilərdə nümayiş etdirdiyi birlik Sizin gələcək uğurlu fəaliyyətinizdə etibarlı zəmin olacaqdır. Siz ölkəmizi demokratik, hüquqi və sosial dövlət quruculuğu yolu ilə daha da irəli aparacaqsınız.

Xalqımızın rifahı, vətənimizin inkişafı naminə fəaliyyətinizdə Sizə səmimi qəlbdən uğurlar arzulayıram.

Dərin hörmətlə,

Xanlar Hacıyev

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55