Yekaterinburqun başçısı - Şəhər Dumasının sədri Yevgeni Royzman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik etmişdir

07 noyabr 2013, 14:15

Rusiya Federasiyası Yekaterinburq şəhərinin başçısı - Yekaterinburq Şəhər Dumasının sədri Yevgeni Royzman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik etmişdir. Təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Yekaterinburq sakinləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ali dövləti vəzifənizin növbəti dönəmində də Azərbaycan Respublikası sürətli inkişafını davam etdirəcəkdir.

Biz Yekaterinburq şəhəri ilə Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət veririk.

Ümidvaram ki, ikitərəfli dialoqumuz davam edəcək, əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, bütün planlarınızın uğurla həyata keçməsini, Azərbaycan vətəndaşlarına sülh və əmin-amanlıq arzulayıram”. 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55