Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailovadan

07 noyabr 2013, 14:45

Zati-aliləri,

Avropa Azərbaycanlıları Konqresi Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edir.
Məhz bu seçkilərin nəticəsi qarşıdan gələn beş ildə Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən Avropa məkanında siyasətini, iqtisadi strategiyasını, sosial inkişafını, ölkə vətəndaşlarının rifahını və ümumxalq müvəffəqiyyətini müəyyən edəcəkdir. Ölkəmizdə gedən müsbət proseslər təbii ki, Azərbaycan diasporunun da həyat və fəaliyyətində, ruh və mənəviyyatında əks olunacaqdır.

Azərbaycan Respublikası ötən on il ərzində Sizin rəhbərliyiniz ilə bütün sahələrdə həqiqətən böyük inkişaf yolu qət etmişdir.

Bu inkişafın bəhrəsi bizlər - Avropada yaşayan azərbaycanlılar üçün xüsusilə qiymətlidir. Azərbaycan gənc, müstəqil dövlət olaraq ildən-ilə siyasi cəhətdən sabitləşmiş, dünya iqtisadiyyatında mövqeyi güclənmiş, ölkədə həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Eyni zamanda, təhsil və mədəniyyət, idman və turizm, ətraf mühitin mühafizəsi sahələrində də böyük irəliləyişlər əldə edilmişdir. Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyanın müsbət nailiyyətlərini əks etdirərək, Avropa məkanına inteqrasiyanın mühüm mərhələlərini uğurla keçmişdir.

Bu müvəffəqiyyətlər sözsüz ki, şəxsən Sizin, cənab Prezident, böyük səyiniz nəticəsində əldə edilmişdir. Zati-aliləri, Siz qloballaşma dövründə, Cənubi Qafqaz regionundakı mürəkkəb siyasi şəraitdə Azərbaycanın taleyini böyük siyasi bacarıqla düzgün istiqamətləndirmiş, Azərbaycanı düşünülmüş inkişaf yolu ilə daim irəliyə aparmısınız.

Məhz Sizin rəhbərliyiniz ilə diaspor quruculuğu, azərbaycançılıq ideyası uğurla inkişaf etmiş və geniş vüsət almışdır.

Hörmətli Prezident, Sizi bir daha tarixi qələbəniz münasibətilə təbrik edir, Azərbaycanımızın parlaq gələcəyi, Avropa məkanına sürətli inteqrasiyası naminə apardığınız siyasətdə müvəffəqiyyətlər arzu edirik. Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

Samira Patzer-İsmailova

Avropa Azərbaycanlıları Konqresinin prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55