Sloveniyanın iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikdən

07 noyabr 2013, 14:10

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Sloveniya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ölkənizin yüksək inkişafının şahidi olduq. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunuq. Əminik ki, bu inkişaf xalqlarımızın rifahı naminə Sizin hakimiyyətinizin növbəti dövründə də güclənərək, yeni sahələri əhatə edəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir və ən səmimi ehtiramlarımı çatdırıram.

Hörmətlə,

Stanko Stepişnik

Sloveniyanın iqtisadi inkişaf və
texnologiyalar naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55