Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedovdan

06 noyabr 2013, 14:30

Hörmətli İlham Heydər oğlu,

Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Qazaxıstan Azərbaycanlıları Assosiasiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu, Azərbaycan xalqının Sizə olan inamı, dövlətçiliyimizin, milli dəyərlərimizin möhkəmlənməsi və inkişafı yolunda əvəzsiz xidmətlərinizin və yorulmaz fəaliyyətinizin təsdiqidir. Bu seçkilər xalqın Sizə olan inamını, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsinə dəstəyini bir daha nümayiş etdirdi.

Qazaxıstanda yaşayan azərbaycanlılar əmindirlər ki, Azərbaycan Respublikasının Prezidenti kimi Siz bundan sonra da Qazaxıstan və Azərbaycan xalqları arasında qardaşlıq, dostluq münasibətlərinin daha da dərinləşməsi və güclənməsi üçün səylərinizi davam etdirəcəksiniz.

Sizə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün təmin olunması, sülh və sabitliyin davam etdirilməsi, xalqımızın rifahının yüksəldilməsi istiqamətindəki fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzu edirəm.

Dərin hörmətlə,

Əbülfəz Xamedov
Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55