Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Vəkillik və Notariat Akademiyasının rektoru, “Moskva Hüquq Mərkəzi” Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, Rusiya Federasiyasının Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor Həsən Mirzəyevdən

06 noyabr 2013, 14:35

Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, “Moskva Hüquq Mərkəzi” Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz həmvətənlərinizin Sizə yüksək etimad göstərməsini və Azərbaycan Respublikasının müstəqil, demokratik, müasir dövlət kimi inkişaf kursunun dəstəkləməsini, əmin-amanlığın, sülhün və vətəndaşların firavanlığının respublika rəhbərliyi üçün ən mühüm vəzifələr olmasını təsdiq edir.

Son illər ərzində Azərbaycanda həyatın sosial-iqtisadi və siyasi sahələrinin inkişafı üçün çox işlər görülmüşdür və görüləcəkdir. Əminəm ki, qarşıdakı bütün müsbət dəyişikliklər və islahatlar Azərbaycan və Rusiya xalqları arasında qədim dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali dövləti vəzifənizdə Azərbaycan Respublikası xalqının rifahı naminə yeni uğurlar diləyirəm. Sizə və yaxınlarınıza əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Həsən Mirzəyev

Rusiya Vəkillər Gildiyasının prezidenti,
Rusiya Vəkillik və Notariat Akademiyasının rektoru,
“Moskva Hüquq Mərkəzi” Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri,
Rusiya Federasiyasının Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55