19:09
Zati-aliləri,
Bu il oktyabrın 9-da seçicilər seçki məntəqələrinə gəlib sabitliyə, inkişafa, tərəqqiyə yönəlmiş siyasətinizi dəstəkləyərək Sizə - böyük dövlət xadiminə və müasir Azərbaycanın liderinə yekdilliklə səs vermişlər.
Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Hörmətli İlham Heydər oğlu, ulu öndər Heydər Əliyevin bu sözlərini məhz Siz reallığa çevirmisiniz. Sizin yorulmaz əməyiniz, titanik fəaliyyətiniz sayəsində Azərbaycan son 10 ildə müasir ölkələrdən birinə, regionun hərəkətverici qüvvəsinə çevrilmişdir. Azərbaycanda müasir istehsal müəssisələri istifadəyə verilir, sosial problemlər uğurla həll edilir, şəhərlər, rayonlar abadlaşır, Şərq və Qərb ölkələrini birləşdirən enerji və nəqliyyat dəhlizləri yaradılır. İqtisadiyyat, mədəniyyət və idman sahələrində heyrətamiz nailiyyətlər Azərbaycanı mühüm ölkələr sırasına çıxarmışdır. Burada dünya, Avropa və beynəlxalq səviyyəli tədbirlər, forumlar, festivallar, idman yarışları keçirilir.
Siz bir sıra istiqamətlərdə yeni ideyaları reallaşdırmaqla Azərbaycanın həyatını, xalqın dünyagörüşünü modernləşdirir, ölkədə memarlıq, şəhərsalma, təhsil, təbabət və digər sahələrdə Avropa və dünya səviyyəli yeniliklər tətbiq edir, insanların rifahını yaxşılaşdırırsınız. Bunu bütün dünya birliyi etiraf edir.
Buna görə də dünyanın nüfuzlu çoxsaylı şirkətləri Azərbaycana gəlir, ölkə iqtisadiyyatının inkişafına böyük sərmayələr qoyurlar. Bu, Sizə böyük etimadın parlaq nümunəsidir.
Sizin ardıcıl, uzaqgörən və müstəqil siyasətiniz sayəsində Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu, Sizin ölkənizin dünyada əsas dövlətlərdən biri kimi tanınmasına parlaq sübutdur.
Zati-aliləri, bizim “World Fashion Brands & Merchandising Group/World Fashion Organization” şirkəti də ölkənizlə sıx əməkdaşlıq etməyə, moda və ticarət sahəsində yeni ideyaları, müasir baxışları və son nailiyyətləri Azərbaycana gətirməyə, Sizin Azərbaycanı modernləşdirmək siyasətinizin iştirakçısı olmağa hazırdır.
Cənab Prezident, seçkilərdə inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkənin inkişafı naminə ardıcıl siyasətinizdə böyük uğurlar arzulayır, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə gözəl həyat, firavanlıq, sülh və tərəqqi diləyirik.
Dərin hörmətlə,
Devid Li
Oksford Universitetinin elmlər doktoru,
“World Fashion Brands & Merchandising
Group / World Fashion Organization (WFO)”
şirkətinin sədri - baş icraçı direktoru
Vladimir Zaplatinski
iqtisadiyyat doktoru,
“World Fashion Brands & Merchandising
Group / World Fashion Organization (WFO)”
şirkətinin sədr müavini
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Müstəqillik Günü münasibətilə həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən səmimi təbriklərimizi və ən...
21 may 2026, 18:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə...
21 may 2026, 17:11Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından milli bayramınız - Azərbaycan...
21 may 2026, 16:38Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi bildirməkdən böyük şərəf və məmnunluq...
21 may 2026, 16:36Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya...
21 may 2026, 16:33Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə, eyni zamanda, hökumətinizə və qardaş Azərbaycan xalqına ən...
21 may 2026, 16:31Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının Hökuməti və xalqı adından,...
21 may 2026, 16:28Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə...
21 may 2026, 16:26Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan...
21 may 2026, 16:25Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əlamətdar tarix - 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan və Cənubi...
21 may 2026, 16:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı – 28 May Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost...
21 may 2026, 16:23