Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikası Müsəlmanları Ruhani İdarəsi Rəyasət heyətinin sədri İsmayıl Berdiyevdən

05 noyabr 2013, 16:00

Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi və xalqınızı Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzi adından səmimi qəlbdən təbrik edirəm.

Bütün dünya İslam dininin mövqelərinin möhkəmlənməsi, Azərbaycanın çiçəklənməsi üçün Sizin həqiqətən böyük işlər gördüyünüzü bilir. Müsəlmanların müqəddəs Qurban bayramı ərəfəsində Sizin seçkilərdə parlaq qələbəniz Vətən naminə əməyinizə verilən layiqli qiymət oldu. Mərhəmətli Tanrıdan Sizə ən böyük nemətlər diləyirəm.

İmanınız kamil olsun, Böyük Yaradan nəcib məqsədlərinizin həyata keçməsində Sizə kömək etsin.

Sizə, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İsmayıl Berdiyev

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikası Müsəlmanları Ruhani İdarəsi Rəyasət heyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55