19:09

Prezident İlham Əliyev Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı kardinal Canfranko Ravazinin ölkəmizə səfərinin uğurlu olacağına və Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev həyata keçirilən birgə layihələrin önəmini qeyd etdi. Azərbaycan ilə bağlı sərgilərin Vatikan muzeylərində nümayişinə toxunan dövlətimizin başçısı son illər əməkdaşlığımızın yeni formatda inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin Azərbaycanın ən yüksək mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu dedi və ordeni kardinal Canfranko Ravaziyə təqdim etdi.
Kardinal Canfranko Ravazi Azərbaycanın “Dostluq” ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək bunu Azərbaycan ilə Vatikan arasında uzun müddət ardıcıl olaraq inkişaf edən əlaqələrə verilən qiymət kimi dəyərləndirdi. Canfranko Ravazi yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan “Medalla Sede Vacante” medalına layiq görüldüyünü dedi və Müqəddəs Taxt-Tacın adından medalı dövlətimizin başçısına təqdim etdi. Kardinal Canfranko Ravazi ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etdi.
Qonaq ikitərəfli münasibətlərimizin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.



Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Müstəqillik Günü münasibətilə həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən səmimi təbriklərimizi və ən...
21 may 2026, 18:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə...
21 may 2026, 17:11Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından milli bayramınız - Azərbaycan...
21 may 2026, 16:38Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi bildirməkdən böyük şərəf və məmnunluq...
21 may 2026, 16:36Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya...
21 may 2026, 16:33Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə, eyni zamanda, hökumətinizə və qardaş Azərbaycan xalqına ən...
21 may 2026, 16:31Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının Hökuməti və xalqı adından,...
21 may 2026, 16:28Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə...
21 may 2026, 16:26Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan...
21 may 2026, 16:25Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əlamətdar tarix - 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan və Cənubi...
21 may 2026, 16:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı – 28 May Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost...
21 may 2026, 16:23