Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayevadan

02 noyabr 2013, 16:05

Çox hörmətli İlham Heydər oğlu,

İcazə verin, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin bütün üzvləri adından Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edim.

Müstəqil Azərbaycanın son on ildə əldə etdiyi uğurlar və artmaqda olan nüfuzu dünya azərbaycanlılarının qəlbini qürur hissi ilə doldurur. Azərbaycan Respublikası üçün mühüm əhəmiyyətə malik olan vəzifələrin çoxu Sizin rəhbərliyinizlə artıq həyata keçmişdir.

Hələ qarşıda görüləsi işlər çoxdur. Xalqımız bunları Sizin rəhbərliyinizlə həyata keçirəcəkdir.

Cənab Prezident, qarşıya qoyulmuş məqsədlərə çatmaq, müstəqil Azərbaycan Respublikasının qüdrətini və nüfuzunu daha da artırmaq naminə çoxşaxəli, yaradıcı, əzmkar və yorulmaz fəaliyyətinizdə Sizə bundan sonra da uğurlar arzulayırıq.

Hörmətlə,

Svetlana Abdullayeva

Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55