ABŞ-ın Texas ştatı Nümayəndələr Palatasının üzvü Cim Pittsdən

02 noyabr 2013, 14:55

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu seçkilər Azərbaycanda demokratik inkişaf prosesinin əhəmiyyətli bir mərhələsi olmuşdur.

ABŞ ilə Azərbaycanı bir sıra ortaq dəyərlər birləşdirir. Ölkələrimiz insan hüquqları, azadlıq, demokratiya və müstəqilliyi dəstəkləyir, ekstremizmin yayılmasının qarşısının alınması uğrunda birgə fəaliyyət göstərir.

Birləşmiş Ştatlar Avropanın enerji təhlükəsizliyi məsələsində Sizin rəhbərliyinizlə Azərbaycanın liderliyini yüksək qiymətləndirir.

Azərbaycanda ali dövləti vəzifəyə Sizin - xalqın etibarını qazanmış siyasi xadimin seçilməsi çox mühüm məsələdir.

Azərbaycan Sizin rəhbərliyinizlə ABŞ-ın və digər müasir demokratik ölkələrin etibarlı tərəfdaşına çevrilmişdir.

Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Cim Pitts

ABŞ-ın Texas ştatı
Nümayəndələr Palatasının üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55