“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

01 noyabr 2013, 17:45

Zati-aliləri,

Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq və inamlı qələbəniz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin çoxmillətli kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

İcazə verin, ali dövləti vəzifənizdə səmərəli fəaliyyətinizi uğurla davam etdirməyinizi, Azərbaycan Respublikasının iqtisadi və siyasi qüdrətinin möhkəmlənməsi və tərəqqisi naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmağınızı arzulayım.

Əmin edirik ki, “Mir” Dövlətlərarası Teleradio Şirkəti MDB ölkələrinin, Gürcüstanın və Baltikyanı dövlətlərin informasiya məkanında Azərbaycanın layiqincə təmsil edilməsi işində bundan sonra da Sizin etibarlı köməkçiniz olacaqdır.

Dərin hörmətlə,

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55