Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizerdən

31 oktyabr 2013, 14:50

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qələbəniz uğurlu rəhbərliyinizin və mühüm nailiyyətlərinizin dəyərləndirilməsidir. Yeni prezidentlik dövrünüzdə ölkənizin inkişafını gücləndirmək istiqamətində Sizə uğurlar arzu edirəm.

Fürsətdən istifadə edərək, idmanın, xüsusən də cüdonun inkişafına göstərdiyiniz səylərə görə Sizə təşəkkür edirəm.

Ən xoş arzularla,

Marius Vizer

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55