“SOS” Uşaq Kəndləri təşkilatının prezidenti Siddharta Kauldan

31 oktyabr 2013, 14:55

Zati-aliləri,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində əldə etdiyiniz möhtəşəm qələbə münasibətilə Sizi Ümumdünya SOS Uşaq Kəndləri ailəsi adından və şəxsən öz adımdan təbrik edirəm.

Gözəl ölkənizə fevral ayında etdiyim səfəri hələ də xatırlayıram və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Əminəm ki, rəhbərliyinizlə Azərbaycan ilə SOS Uşaq Kəndləri arasında əlaqələr daha da güclənəcəkdir. Sizin bu sahədə davamlı dəstəyinizə ümid edirik.

Sizi əmin edirik ki, Azərbaycanda daha çox uşaq və gəncə xidmət etmək bizim üçün qürurlu və məsuliyyətli işdir.

Ən xoş arzularla,

Siddharta Kaul

“SOS” Uşaq Kəndləri təşkilatının prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55