Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Ekard Cordesdən

31 oktyabr 2013, 15:10

Zati–aliləri, möhtərəm cənab Prezident,

Sizi ölkənizdə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Almaniya İqtisadiyyatının Şərq Komitəsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ali dövləti vəzifədə Sizə möhkəm cansağlığı, uğurlar diləyirəm. Əminəm ki, ölkənizin iqtisadi, sosial və ictimai tərəqqisinə xidmət edən məqsəd və planlarınız Azərbaycan–Almaniya münasibətlərinin, xüsusilə iqtisadi əlaqələrin davamlı inkişafına töhfə verəcəkdir.

Fürsətdən istifadə edərək Sizi əmin edirəm ki, ümumilikdə Almaniya iqtisadiyyatı və xüsusi olaraq Almaniya İqtisadiyyatının Şərq Komitəsi Azərbaycanın iqtisadiyyatının müasirləşməsi və inkişafında, eləcə də hər iki ölkə arasındakı münasibətlərdə etibarlı tərəfdaşdır.

Zati-aliləri, icazə verin Sizi əmin edim ki, biz bu istiqamətdə aktiv fəaliyyətimizi davam etdirəcəyik.

Dərin hörmətlə,

Ekard Cordes
Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55