Serbiya Respublikasının Xalq Skupşinasının deputatı Draqomir Y.Kariçdən

31 oktyabr 2013, 15:25

Zati-aliləri, hörmətli Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bütün dünyada sülhə və sabitliyə şərait yaratmaqda davam edəcəkdir.

Ümidvaram ki, Azərbaycan ilə Serbiyanın münasibətləri bütün vətəndaşlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

Dərin hörmətlə,

Draqomir Y.Kariç

Serbiya Respublikasının Xalq Skupşinasının
deputatı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55