Rusiya Federasiya Federal Məclisi Dövlət Dumasının deputatı Tatyana Moskalkovadan

31 oktyabr 2013, 15:20

Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu qələbəniz seçicilərin Sizə inam və etimadının göstəricisidir. Əminəm ki, yeni prezidentliyiniz dövründə Rusiya-Azərbaycan münasibətləri daha da möhkəmlənəcəkdir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və nikbinlik arzulayıram. Qoy həyatda uğur, firavanlıq, həmkarlarınızın və dostlarınızın, doğmalarınızın və yaxınlarınızın diqqət və qayğısı həmişə Sizinlə olsun. Sizə və doğmalarınıza əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

Dərin hörmətlə,

Tatyana Moskalkova

Rusiya Federasiya Federal Məclisi
Dövlət Dumasının deputatı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55