Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifdən

31 oktyabr 2013, 14:30

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Pakistan dövləti və xalqı adından, şəxsən öz adımdan Zati-alilərinizi səmimi qəlbdən təbrik edirəm. Növbəti dəfə Prezident seçilməyiniz Azərbaycan xalqının Sizin rəhbərliyinizə olan inamının parlaq nümunəsidir.

Pakistan ilə Azərbaycanı möhkəm dostluq əlaqələri birləşdirir. Qardaş ölkələrimiz arasında əlaqələr hər zaman sıx və dostcasına olmuşdur. Əminəm ki, Sizin müdrik rəhbərliyiniz və qarşılıqlı səylərimiz nəticəsində bu əlaqələr gələcəkdə daha da güclənəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və qardaş Azərbaycan xalqına rifah arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramlarımı Sizə çatdırıram.

Hörmətlə,

Məhəmməd Nəvaz Şərif
Pakistan İslam Respublikasının Baş naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55