Dünya Bankının prezidenti Cim Yen Kimdən

31 oktyabr 2013, 14:40

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Son 10 ildə Azərbaycan yüksək sürətlə inkişaf edərək orta gəlirli ölkəyə çevrilmiş və yoxsulluğun səviyyəsini əhəmiyyətli dərəcədə azaltmışdır. Bütün bunlar Azərbaycanın gələcəkdə daha yüksək nailiyyətlər əldə edəcəyindən xəbər verir.

Dünya Bankı “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi istiqamətində göstərdiyiniz səyləri bundan sonra da dəstəkləyəcəkdir. Azərbaycan Hökuməti ilə birgə işləyərək müvafiq investisiya layihələrinin hazırlanıb həyata keçirilməsində qlobal bilik və təcrübəmizi, həmçinin əldə etdiyimiz uğurları Azərbaycan vətəndaşları arasında daha geniş şəkildə bölüşməyə həmişə hazırıq.

Yeni prezidentlik müddətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Cim Yen Kim
Dünya Bankının prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55