“Aksoy Holding”in idarə heyətinin sədri Ərdal Aksoydan

30 oktyabr 2013, 16:30

Hörmətli cənab Prezident,

Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu qələbə bütün azərbaycanlıların Sizə olan dərin etimadının bariz nümunəsi və son on ildə apardığınız uğurlu və uzaqgörən siyasətin nəticəsidir. Növbəti beş ildə də Azərbaycanın sürətli inkişafını və daha da çiçəklənməsini görəcəyimizə əminəm.

Sizə şərəfli ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Ərdal Aksoy
“Aksoy Holding”in idarə heyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55