“VTB Bank” ASC-nin prezidenti – idarə heyətinin sədri Andrey Kostindən

30 oktyabr 2013, 16:20

Hörmətli İlham Heydər oğlu,

“VTB Bank” Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti və kollektivi adından Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbriklərimi qəbul edin.

Ali dövləti vəzifədə Azərbaycanın iqtisadi potensialının güclənməsinə və hər bir sakinin rifahının yüksəlməsinə yönəlmiş əzmkar və səmərəli fəaliyyətiniz Sizə xalqın səmimi ehtiramını və etimadını qazandırmışdır.

Sizə bundan sonra da məsul işinizdə uğurlar, nəzərdə tutduğunuz bütün planların və təşəbbüslərin həyata keçməsini, xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

Andrey Kostin

“VTB Bank” ASC-nin prezidenti – idarə
heyətinin sədri 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55