Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Maykl Oytadan

30 oktyabr 2013, 16:00

Hörmətli cənab Prezident,

Avstraliya-Azərbaycan Assosiasiyası adından Sizi prezident seçkilərindəki parlaq qələbəniz münasibətilə təbrik edirik.

Azərbaycanın iqtisadiyyatının, mədəniyyətinin və cəmiyyətinin inkişafına yönəlmiş davamlı səylərinizi və nailiyyətlərinizi yüksək qiymətləndiririk. Milli və beynəlxalq miqyasda xalqlarımızın tərəqqisinə verdiyiniz töhfələri alqışlayırıq.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərinizi dəstəkləyirik. Sizin bu sahədə uğur qazanacağınıza inanırıq.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Maykl Oyta
Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55