Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

28 oktyabr 2013, 18:45

Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

Qardaş Türkiyənin milli bayramı – Respublika gününün 90-cı ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Türkiyə özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır. Biz Türkiyənin uğurlarına sevinir və bundan qürur hissi duyuruq.

Ortaq milli mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və tərəfdaşlığı dövlətlərarası münasibətlərimizin əsasını təşkil edir. Əminəm ki, tarixin bütün sınaqlarından çıxmış birliyimiz gələcək nəsillərə ən böyük ərməğan olacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 oktyabr 2013-cü il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55