“ASTRİUM” şirkətinin baş icraçı direktoru Fransua Okdan

28 oktyabr 2013, 16:05

Zati-aliləri,

İcazə verin, Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Əminəm ki, prezidentliyinizin yeni dövründə Azərbaycan ilə Fransa arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da güclənəcəkdir.

Bu ilin aprelində Zati-alinizlə görüşmək şərəfinə nail olmuşam. Həmin görüşdə biz Sizinlə Avropa Uçuş şirkətlər qrupu ilə Azərbaycan arasında çoxsahəli fəaliyyətin perspektivlərini müzakirə etmiş və peyk ölkəsi olmaq məqsədi ilə kosmik sənayedə dünya lideri kimi tanınan bizim şirkətlə əməkdaşlıq etmək barədə Sizin düşüncələrinizi öyrənib çox şad olmuşduq.

Biz Azərbaycanın təhsil sistemi çərçivəsində ölkənin kosmik sahədə indiki və gələcək tələblərinin öhdəsindən gələ bilən azərbaycanlı mütəxəssislərə təlimlər keçməklə respublikanızın kosmik quruculuq potensialını araşdırmışıq.

Fürsətdən istifadə edərək, Azərbaycanın mənafeyi naminə alternativ texnologiyalar barədə təkliflərimizi təqdim etmək üçün Zati-alinizlə görüşmək arzumu Sizə bildirmək istəyirəm.

Ümidvaram ki, ən qısa müddətdə Sizinlə görüşəcəyəm.

Dərin hörmətlə,

Fransua Ok

“ASTRİUM” şirkətinin baş icraçı direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55