Beynəlxalq Boks Assosiasiyasının prezidenti, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Çinq-Kuo Vudan

28 oktyabr 2013, 15:10

Hörmətli cənab Prezident,

Çox uğurlu seçkilər nəticəsində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Beynəlxalq Boks Assosiasiyasının (AİBA) prezidenti və Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü kimi beynəlxalq boks ailəsi adından ən səmimi təbriklərimi çatdırıram.

Bu seçkilərin də nəticələri Azərbaycan vətəndaşlarının Sizə göstərdiyi ehtiramın təcəssümüdür.

Azərbaycanı bugünkü qüdrətli ölkəyə çevirmək üçün Siz səylə çalışmış, onu daha da gücləndirmisiniz. Siz 2003-cü ildə Prezident kimi fəaliyyətə başlayandan bəri Azərbaycan böyük inkişaf yolu keçmişdir.

Sizə ən səmimi arzularımı çatdırır, tezliklə Sizinlə görüşməyə ümid edirəm.

Ən xoş arzularla,


Çinq-Kuo Vu
Beynəlxalq Boks Assosiasiyasının prezidenti, Beynəlxalq
Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55