14:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və...
11 yanvar 2025, 14:00
Prezident İlham Əliyev bp-nin icraçı vitse-prezidenti Endi İnqlisi bu vəzifədə fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir.
Endi İnqlis bp ilə ölkəmiz arasında çox güclü tərəfdaşlığın mövcud olduğunu vurğulayaraq Azərbaycan Prezidentinin rəhbərliyi ilə müxtəlif layihələrdə, o cümlədən “Şahdəniz-2” yatağında işlərin uğurla getdiyini qeyd etdi. O, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə artıq bir milyard barreldən çox neftin nəql edildiyini vurğuladı. bp-nin icraçı vitse-prezidenti 2010-cu ili bp ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı çox böyük nailiyyətlərin əldə olunduğu il kimi dəyərləndirdi.
Dövlət başçısı Endi İnqlisin bp-nin icraçı vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə bp ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi. Prezident İlham Əliyev 2010-cu ilin Azərbaycan ilə bp arasında əlaqələr baxımından çox uğurlu il olduğunu vurğulayaraq bu müddətdə böyük həcmli işlərin görüldüyünü məmnunluqla qeyd etdi və bunu ölkəmizlə bp arasında mövcud olan uzunmüddətli tərəfdaşlığın davamı kimi dəyərləndirdi. bp ilə Azərbaycan arasında bu il üçün razılaşdırılmış məsələlərə toxunan Prezident İlham Əliyev nəzərdə tutulan layihələrin gələcək onilliklər ərzində tərəfdaşlığımıza xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Əməkdaşlığımızın səviyyəsindən razılığını bildirən dövlətimizin başçısı bu münasibətlərin strateji əhəmiyyət daşıdığını və “Şahdəniz”, “Şəfəq”, “Asiman”, “Azəri-Çıraq-Günəşli” və bir çox digər layihələr üzrə əməkdaşlığımızın uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və...
11 yanvar 2025, 14:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə insanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi ilə...
10 yanvar 2025, 18:46Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə...
10 yanvar 2025, 18:33Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan zaman faciəvi şəkildə qəzaya uğraması və...
10 yanvar 2025, 17:56Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Milli Məkan Məlumatları” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati...
10 yanvar 2025, 14:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının...
10 yanvar 2025, 14:44Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal ekologiya” informasiya sisteminin (bundan sonra – REİS) fəaliyyətinin hüquqi, təşkilati və...
10 yanvar 2025, 14:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.
2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...
10 yanvar 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş...
10 yanvar 2025, 13:441. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...
10 yanvar 2025, 13:16