Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Prezident seçkilərində inamlı qələbəniz Azərbaycan xalqının Sizə milli lider kimi münasibətinin təsdiqidir. Sizi mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan dövlətlərarası dostluq münasibətlərinin ardıcıl tərəfdarı kimi tanıdığımdan xalqlarımız arasında etimad və qarşılıqlı anlaşma ruhunun möhkəmlənməsi işinə qiymətli şəxsi töhfənizi qeyd etmək istərdim.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Maqomedsalam Maqomedov
Rusiya Federasiyası Prezidenti
Administrasiyası rəhbərinin müavini